“Neftçi” üçün ölüm-qalım mübarizəsi

09:27 15-08-2019 917

“Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün cavab oyununa çıxacaq.

HerGun.Az xəbər verir ki, doğma meydanda baş tutan ilk oyunda İsrailin “Bney Yehuda” klubu ilə 2:2 hesablı heç-heçəyə razı olan “ağ-qaralar”ın işi çətindir. 

Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İsrail klubu bu qarşılaşmaya beş müdafiəçi ilə çıxacaq. Çünki 0:0 və 1:1 hesablı heç-heçə “Bney Yehuda”nı “pley-off” mərhələsinə daşıyacaq.

“Pley-off”da bu cütün güclüsü “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) oyunun qalibi ilə qarşılaşacaq. İlk oyunda İsveç təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Samir İsayev