Azərbaycan əhalisinin neçə faizi idman edir? - STATİSTİKA

16:18 15-08-2019 948

Son rəsmi statistikaya əsasən, Azərbaycan əhalisinin sayı 10 013 133 nəfərə çatıb.

Təbii ki, Azərbaycan əhalisi arasında sağlamlığına diqqət yetirənlər az deyil. Buna görə də kimisi parklarda, kimisə də idman salonlarında idman etməyə üstünlük verir.

HerGun.Az statistik göstəricilərə istinadən xəbər verir ki, Azərbaycanda ümumi əhalinin 20 faizdən çoxu idman etməyi sevir.

Yaş qrupları üzrə təsnifatlandırdıqda isə 15-19 yaş arasındakı əhalinin təxminən 41.4 faizi idmanla məşğul olur.

20-44 yaş arasında olanların 28.2, 45-64 yaş qruplarında olanların 11.1 faizi, yaşı 65-dən yuxarı olanların isə 4.7 faizi idmana üstünlük verir.

Əhalinin kişi qrupunun 31.1 faizi idmanla məşğul olur. Qadınlarda isə bu rəqəm 10.9 faizdir.

Aqşin Kərimov