Goranboyda qəza: sürücü vurduğu uşağı xəstəxanaya çatdırdı
20:09 15-08-2019 958
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
“VAZ-2106” markalı maşın yolu keçən rayon sakini səkkiz yaşlı Abışova Fatimə Samir qızını vurub.
Azyaşlı sürücü tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
F.Abışovanın vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, piyadanı vuran sürücü sığorta şirkətinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.