Daşkəsəndə dəhşət: beş yaşlı uşağı maşın vurdu

22:45 15-08-2019 566

Daşkəsən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az saytının bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil beş yaşlı uşağı vurub.

2014-cü il təvəllüdlü Amin Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daşkəsən Rayon Polis şöbəsində araşdırma aparılır.