Masazırda qəza: ailənin dörd üzvü yaralandı

00:45 16-08-2019 672

Abşeron rayonunda iki avtomobil toqquşub, bir ailənin dörd üzvü yaralanıb.

HerGun.Az xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.

İki minik avtomobilinin toqquşması zamanı 1988-ci il təvəllüdlü Əhmədov Səxavət Yusifəli oğlu, onun həyat yoldaşı Əhmədova Səadət Nurəddin qızı, övladları 2011-ci il təvəllüdlü Əhmədli İntizar Səxavət qızı və 2018-ci il təvəllüdlü Əhmədli Nihat Səxavət oğlu xəsarət alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

S.Əhmədova döş qəfəsinin travması, S.Əhmədovaya burunun, İ.Əhmədli və N.Əhmədliyə isə bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu qoyulub.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu