Türkiyədə milli süni intellekt strategiyası təqdim olunacaq

06:20 23-08-2021 311

Türkiyə süni intellekt sahəsindəki strategiyasını müəyyənləşdirib.

“Anadolu” xəbər verir ki, bu sahədəki “yol xəritəsi” avqustun 24-də təqdim olunacaq.

Strateji sənədin Rəqəmsal Transformasiya Ofisi ilə Sənaye və Texnologiya Nazirliyi tərəfindən hazırlandığı bildirilib.

Məlumata görə, Türkiyənin ilk milli süni intellekt strategiyası 6 strateji prioritet ətrafında hazırlanan 24 məqsəd və 119 tədbirdən ibarətdir.

Qeyd edək ki, süni intellekt dinamik mühitdə qərar qəbul etmək, anlamaq və öyrənmək kimi ağıllı canlılara xas xüsusiyyətlərin kompüter və ya kompüter tərəfindən idarə olunan bir cihaz tərəfindən həyata keçirilməsi kimi tərif olunur.