Çexiya prezidenti Əfqanıstan hadisələrinə görə Tramp və Baydeni günahlandırdı

08:00 23-08-2021 795

Çexiya prezidenti Miloş Zeman hazırda Əfqanıstanda cərəyan edən proseslərə görə ABŞ-ın keçmiş və indiki prezidentləri Donald Tramp və Co Baydeni günahlandırıb.

TASS xəbər verir ki, dövlət başçısı yerli telekanala müsahibəsində koalisiya qüvvələrinin ölkədə qalması üçün bu iki siyasətçinin ciddi səy göstərmədiklərini bildirib.

Zeman NATO-da ciddi islahatlara ehtiyac olduğunu da bəyan edib. Onun sözlərinə görə, alyans hazırda özünü servis təşkilatı kimi aparır və tam olaraq ABŞ prezidentinin sözü ilə hərəkət edir.

Həmçinin, Çexiya prezidenti “Taliban”ı terrorçu qurum adlandıraraq, onunla danışıqların əleyhinə çıxış edib.