Əfqanıstan Kabil aeroportundan bütün reysləri dayandırdı

19:00 23-08-2021 745

Əfqanıstanın Kabildəki Həmid Kərzai Beynəlxalq Hava Limanından bütün uçuşlar dayandırılıb.

Qərar Əfqanıstan Mülki Aviasiya İdarəsi tərəfindən qəbul edilib. Rejim əlavə xəbərdarlığa qədər qüvvədə qalacaq.

İdarənin “Facebook” hesabında verdiyi açıqlamada vətəndaşlara hava limanına getməmək çağırışı edilib. Bu, izdihamın və “sonrakı mümkün qəzaların” qarşısını almaq üçün lazımdır. İndi idarə Əfqanıstanın əyalətləri arasında, eləcə də xaricə uçuşları bərpa etmək üçün çalışır.