Çavuşoğlu: Məhv etdiyimiz terrorçular arasında ermənilər də var

15:45 15-04-2019 5

Türkiyənin tərəfdar olduğu bütün təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyir. 

“Anadolu” agentliyi xəbər verir ki, bu fikirləri Antalyada keçirilən NATO Parlamentlər Assambleyasında çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

“Ermənilər dürüst deyillər. Qarabağı işğal etmisiniz, niyə oradan çəkilmirsiniz? Sizə məsləhət verdik ki, işğal altındakı torpaqlardan çəkilsəniz, sərhədlərimizi açacağıq”, - Çavuşoğlu qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycanın məsələləri Türkiyəni birbaşa maraqlandırır. 

O əlavə edib ki, Türkiyə ordusunun yaxaladığı və öldürdüyü PKK terrorçuları arasında kifayət qədər erməni var.

Samir İsayev