Baş leytenant Davidyan hərbi hissədən qaçıb – VİDEO

22:20 23-08-2021 485

Ermənistan Müdafiə Nazirliyi erməni hərbçinin itkin düşdüyünü bildirib. 

Avqustun 22-si, təxminən 21:00-da Ermənistan Müdafiə Nazirliyinin N sayılı hərbi hissəsinin baş hərbçisi Artur Davidyan yüksək komandanlığın icazəsi olmadan daimi dislokasiya yerini tərk edib və onunla əlaqə tamamilə kəsilib. 

“İlkin məlumata görə, baş leytenant Davidyan səhrada çətin görmə şəraitində azıb və Azərbaycan tərəfinə keçib” - deyə, Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Daha ətraflı Baku TV-nin süjetində: