Messinin PSJ-dəki ilk oyununun tarixi məlum oldu

01:00 24-08-2021 523

Bir müddət öncə “Barselona”dan PSJ-yə keçən Lionel Messi hələ ki, yeni komandasının heyətində meydana çıxmayıb.

“L’Equipe” xəbər verir ki, hücumçunun Paris klubundakı debütü avqustun 29-da baş tutacaq.

Məhz həmin tarixdə paytaxt futbolçuları Fransa çempionatı çərçivəsində səfərdə “Reyms”lə qarşılaşacaqlar.

Həmçinin, nəşrin məlumatına görə, Messinin bugündən etibarən komanda ilə məşqlərə qatılacağı gözlənilir.