“Mançester Siti” əfsanələrinə heykəl qoyacaq

03:20 24-08-2021 519

“Mançester Siti” öz əfsanəvi futbolçularının xatirəsini əbədiləşdirəcək.

Bu barədə Sports.ru məlumat yayıb.

“Etihad” stadionu yaxınlığında klubun öz əfsanələri adlandırdığı Vinsent Kompani, David Silva və Serxio Aqueronun heykəllərinin qoyulması planlaşdırılır.

Kompani və Silvanın heykəlləri artıq bu həftə “Arsenal”la qarşılaşmadan əvvəl qoyulacaq. Aqueronun heykəlinin açılışı isə 2022-ci ilə planlaşdırılır.