Türkiyədə nəhəng burulğan evlərin damını göyə sovurdu - VİDEO

07:40 24-08-2021 489

Türkiyənin Artvin vilayətinin Pınarlı kəndində nəhəng burulğan müşahidə edilib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, təbiət hadisəsini ətrafda olan insanlardan biri öz mobil telefonuna çəkib.

Nəhəng burulğan kənddəki 20 yaşayış evinə ciddi zərər vurub, sakinlərin təsərrüfatı yararsız hala düşüb.

Burulğanın evlərin damını qoparması nəticəsində çoxlu metal təbəqələr ətrafa səpələnib.