Parisin məşhur Notr-Dam kilsəsi yanır - VİDEO

22:00 15-04-2019 7

Parisin ən məşhur məkanlarından olan tarixi Notr-Dam kilsəsində yanğın baş verib.

Sosial şəbəkələrdə kilsədəki yanğını əks etdirən görüntülər yayımlanıb.

Qeyd edək ki, hazırda kilsədə təmir-bərpa işləri aparıldığı üçün ziyarətçilərə açıq deyildi.

Xəsarət alanlar barədə məlumat verilmir.