Azərbaycan federasiyası Ukrayna əsilli qız idmançı ilə əməkdaşlığa son qoydu - FOTO + ÖZƏL

10:20 24-08-2021 411

Azərbaycan Milli Karate Federasiyası yeniyetmə və gənclərdən ibarət millimizin üzvü Polina Qurenko ilə əməkdaşlıqdan imtina edib.

Bu barədə HerGun.Az-a federasiya prezidenti Yaşar Bəşirov məlumat verib.

“O artıq bir ildən çoxdur ki, milli komandamızda iştirak etmir. Sonuncu dəfə ötən ilin fevralında Macarıstandakı Avropa çempionatında yer alıb. İki-üç dəfə əməliyyat olunub. Zədələri milliyə kömək etməyə imkan vermir. Ona görə də qərara aldım ki, Qurenko ilə əməkdaşlığa son qoyaq”.

Qeyd edək ki, 19 yaşlı Polina Qurenko Ukraynadan milliləşdirilib. Şəxsi məşqçisi qadın millimizin çalışdırıcısı Denis Morozov olan karateçi 2018-ci ildə 14-15 yaşlılarda Avropa çempionu və 2019-cu ildə dünya çempionatının bürünc mükafatçısı olub.

Səbuhi Musayev