Salyanda yaşayış evini tərk edən aktiv koronavirus xəstəsi aşkarlandı - VİDEO

11:00 24-08-2021 400

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayonun Qarabağlı kənd sakini Layiq Qəhrəmanova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

L.Qəhrəmanov rayonun Kərimbəyli kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib. 

Həmin şəxs barəsində RPS-də araşdırmalar aparılır.