Məleykə Abbaszadə: “I ixtisas qrupunda 200 bal toplayanların hamısının ali məktəblərə qəbul olma şansı var”

15:40 24-08-2021 350

“I ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 10 mindən yuxarıdır”.

HerGun.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə I və IV ixtisas qrupu üzrə ixtisas seçimi ilə bağlı keçirdiyi onlayn konfransda bildirib. 

Onun sözlərinə görə, bu qrupda 200 bal toplayanların hamısının ali məktəblərə qəbul olma şansı var: 

“Əgər abituriyentlər düzgün ixtisas seçimi etsələr, ali məktəblərə qəbul olunacaqlar”.

İlhamə Əbülfət