Gəncədə yaşlı kişi intihar etdi

10:45 16-04-2019 7

Gəncədə 67 yaşlı kişi intihar edib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə məskunlaşmış, 1952-ci ildə Kəlbəcər rayonunda anadan olan Ziyad İbrahimov yaşadığı evin tövləsində kəndirlə özünü asaraq intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Nazir Quliyev