İsmayıllıda Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub – FOTO

20:40 24-08-2021 340

İsmayıllı rayonunda noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olan Cahan Məmmədzadənin doğum günü qeyd edilib.

HerGun.Az xəbər verir ki, anım mərasimində şəhidin yaxınları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib.

Daha sonra şəhidin məzarı ziyarət edilib. Üzərinə güllər düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid 1994-cü il avqustun 24-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına ilk gündən qatılıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cahan Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.