Rüfət canlı yayımdan qovulub? - AÇIQLAMA

15:36 16-04-2019 28

Milli Televizya və Radio Şurasının efirə çıxışına qadağa qoyduğu müğənni Rüfət Axundovun bu gün qatıldığı “Hər səhər” verilişini yarımçıq tərk etməsi müzakirələrə səbəb olub. 

Rüfət Axundov “Xəzər” TV-də mahnı ifa edərkən qəflətən kəsilib və reklama keçid olub. 

İddia olunur ki, o, verilişdən qovulub.

Məsələ ilə bağlı “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin layihə rəhbəri və aparıcısı Tarix Əliyev HerGun.Az-a açıqlama verib:

“Rüfət Axundov mənim verilişimdən qovulmayıb. Efirin gedişatında həmkarı Rəşad İlyasovun telefon bağlantısından sonra əsəbiləşdi. Söylədi ki, “Mənim işlərim var, getməliyəm”.

Daha sonra isə canlı efiri tərk etdi. Heç kəs onu “Xəzər”dən qovmayıb. Bu, yalan informasiyadır. O ki qaldı Rüfətin mahnısının kəsilməsinə, biz reklamın vaxtına girmişdik. Mahnı uzun olanda kəsilir və reklamlara ayrılırıq. Səbəb isə gecikmədən vaxtında canlı efirə bağlanmağımızdır”. 

Rəşad Əliyev