Türkiyə voleybolçuları Avropa çempionatının qrup mərhələsini məğlubiyyətsiz başa vurub

07:40 25-08-2021 567

Türkiyənin qadın voleybolçularının Avropa çempionatındakı qalibiyyət seriyası davam edir.

“Haber Global”ın məlumatına görə, “sultanlar” D qrupu çərçivəsində keçirdikləri son oyunda da qələbə qazanıblar.

Bu dəfə xanımlar niderlanlı rəqiblərini 3:0 hesabıyla məğlub edərək, 100%-lik nəticə ilə 1/4 final mərhələsinə yüksəliblər.

Xatırladaq ki, bundan əvvəl Türkiyə millisi Rumıniya, Ukrayna, İsveç və Finlandiya seçmələrinə də qalib gəlib.

Növbəti mərhələdə onların rəqibi Çexiya olacaq.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə ev sahibliyi ilə təşkil olunub.