ABŞ-da NASDAQ indeksi tarixi rekord səviyyəyə çatıb

08:00 25-08-2021 578

ABŞ-da NASDAQ elektron birja indeksi tarixi rekord səviyyəyə çatıb.

Bu barədə “Reuters” xəbər yayıb.

İndeksin göstəricisi gün ərzində 71.5 bənd və ya 0.48% artaraq, 15 014,15-ə yüksəlib.

Ekspertlər yüksəlişin koronavirusa qarşı “Pfizer/ BioNTech” peyvəndinin ABŞ-da tam şəkildə tətbiqinə icazə verilməsilə əlaqələndirirlər. İnvestorlar pandemiya şəraitində ABŞ iqtisadiyyatının daha sürətlə bərpasına ümid edirlər.