Qaxda meşəlik ərazidə baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB

11:40 25-08-2021 440

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb.

"Report"un məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfatı və Güllük kəndindən 20 nəfər sakin qatılıb.

Yanğın səhər saatlarında məhdudlaşdırılıb. Hadisə nəticəsində 200 kvadratmetr ərazi yanıb.

09:54

Bu gün səhər saat 7 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb.

APA-nın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri, yerli sakinlər və müvafiq qurum nümayəndələri cəlb edilib.

İlkin məlumata görə, yanğına səbəb gecə saatlarında həmin ərazidə irigövdəli ağacı ildırım vurması olub. Yerli sakinlərin dediyinə görə, gecə saatlarından ərazidə qismən tüstülənmə müşahidə edilib, səhər saatlarında isə yanğın qeydə alınıb.

Hazırda dağlıq-meşəlik ərazidəki yanğın nəzarətə götürülüb, söndürülmə prosesi aparılır.