Şotlandiya çempionu İrəvan səfəri öncəsi ciddi problemlə üzləşdi

12:00 25-08-2021 697

Şotlandiya çempionu “Reyncers”in bir neçə futbolçusunda koronavirus aşkarlanıb.

HerGun.Az xəbər verir ki, ad açıqlanmasa da, testi müsbət çıxmış oyunçular və onlarla təmasda olanlar karantinə alınıb.

Qeyd edək ki, “Reyncers” sabah UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda İrəvanda Ermənistan çempionu “Alaşkert”lə cavab oyununa çıxacaq. Şotlandiya klubu Qlazqo şəhərindəki ilk matçda rəqibinə minimal hesabla qalib gəlib – 1:0.