Məşhur türkiyəli aktyor vəfat etdi

17:40 25-08-2021 489

Türkiyəli məşhur aktyor Metin Çekmez həyatını itirib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Adını Feriha Koydum”, “Büyük Buluşma”, “Zirvedekiler” ekran işləri ilə məşhurluq qazanan 76 yaşlı aktyor bir müddətdir xərçənglə mübarizə aparırdı.

Onun vəziyyəti bu gün ağırlaşıb və müalicə olunduğu xəstəxanada vəfat edib.