Bakıda yanğın: 70 yaşlı qadın öldü

09:27 17-04-2019 7

Dünən axşam saatlarında Bakının Nizami rayonunda yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın ikinci mərtəbədə üçotaqlı mənzildə olub. Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.