“Zalsburq” və “Şerif” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb - VİDEO

01:20 26-08-2021 851

UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off raundunun cavab qarşılaşmaları baş tutub.

“Zalsburq” - “Brondbü” cütlüyündə sevinən tərəf hər iki matçda 2:1 hesablı qələbə qazanan Avstrya klubu olub.

Moldovada “Şerif”ə 3:0 uduzan Zaqreb “Dinamo”su isə ev oyununda qolsuz heç-heçə etdikdən sonra Çempionlar Liqası ilə vidalaşıb.

 
 

Qeyd edək ki, “Monako” Donetsk “Şaxtyor”uyla səfər qolu qaydası ləğv olunduğu üçün əlavə vaxta gediblər.

Ukraynalılar birinci oyunda minimal hesabla (1:0) qalib gəlmişdilər.

Hazırda “Monako” Donetskdə qalib gəlir. 2:1. Hesab əlavə vaxtda da dəyişilməsə,  komandalar arasında penaltilər olacaq.