Paralimpiya Oyunları: Azərbaycan ilk cəhdində medal qazandı - FOTO

07:20 26-08-2021 404

Azərbaycan Tokioda keçirilən Yay Paralimpiya Oyunlarına uğurla start verib.

HerGun.Az-ın xəbərinə görə, bu gün ilk idmançımız mübarizəyə qoşulub.

Pauerliftinqçi Pərvin Məmmədov 49 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, toplamda 156 kq nəticəni göstərərək üçüncü olub.

Qeyd edək ki, Azərbaycan sentyabrın 5-dək davam edəcək Paralimpiya Oyunlarına 36 idmançı ilə qatılıb.

Səbuhi Musayev