Yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

16:20 26-08-2021 351

Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon sakini Mahizər Həsənovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı Şəhər Polis Şöbəsinin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.