Əfsanəvi futbolçu “Barselona”nın hücumçusuna irad bildirdi

01:40 28-09-2021 408

Əfsanəvi niderlandlı futbolçu, “Ayaks” və “Milan”ın sabiq hücumçusu Marko van Basten “Barselona”nın hücum xəttində çıxış edən həmyerlisi Memfis Depayın oyununu tənqid edib.

“Depayın “Barselona”ya uyğun futbolçu olmasına dair şübhələrim var. Düşünürəm ki, Memfis yaxşı oyunçudur, amma hesab edirəm ki, fərdiyyəçidir. O, öz istəyinə uyğun hərəkət edir və bir az da bunda israrlı görünür.

Düşünürəm ki, “Barselona” kimi böyük bir klubda daha çox komanda oyunçusu olmalısan. Birlikdə hücum etməli, bir-birinizə top ötürməlisiz. Mənə elə gəlir ki, o, öz üzərinə çox iş götürür və top bir klubda bunun nə qədər doğru olduğunu deməkdə çətinlik çəkirəm”, - deyə Marko van Basten vurğulayıb.

Xatırladaq ki, Fransa “Lion”undan Kataloniya klununa transfer olan Memfis Depay 2022/2023 mövsümünü “Barselona”da keçirəcək.

Mənbə: Sport.es.