Futbol üzrə Dünya Çempionu vəfat edib - FOTO

19:20 28-09-2021 475

İngiltərənin keçmiş futbolçusu və dünya çempionu Rocer Hant 84 yaşında vəfat edib.

Futbolçunun ölüm səbəbləri barədə məlumat verilməyib. 2006-cı ildə Hant İngiltərə Premyer Liqasının “Şöhrət zalı”na daxil edilib.

Keçmiş idmançı 11 il oynadığı “Liverpul” azarkeşləri arasında çox məşhur olub. İngilis futbolçunun cəngavər tituluna malik olmamasına baxmayaraq, mersisaydlı pərəstişkarlar onu “Sir Rocer Hant” adlandırırdı.

Hant 1962-1969 -cu illərdə İngiltərə millisində 34 oyuna çıxıb. Komandada onun hesabında 18 qol var. 1966-cı ildə o, futbol üzrə dünya çempionu oldu.

“Liverpul”dakı 11 il ərzində Hant 492 oyun keçirib və 285 qol vurub. Onun İngiltərə çempionatında iki, kubokda bir qələbəsi var. 1972-ci ildə komandadan ayrıldıqdan sonra o, “Bolton Uoderers”ə keçib.

Mənbə: “The Mirror”