Vətən müharibəsi şəhidinin anım günü qeyd olunub, xatirə lövhəsi qoyulub – FOTO

21:20 28-09-2021 269

Bu gün Xətai rayonunda Vətən Müharibəsi şəhidləri polkovnik-leytenant Sədi Süleyman oğlu Musayevin və leytenant Elvin Azad oğlu Şükürlünün anım günü qeyd olunub. 

Öncə hər iki şəhidin 2-ci Fəxri Xiyabanda məzarları ziyarət olunub. 

Sonra Xətai rayonu Çingizxan Kərimov küçəsi 2 ünvanda rayon rəhbərliyinin, rayon ictimaiyyətinin, döyüş yoldaşlarının və ailə üzvlərinin iştirakı ilə polkovnik-leytenant Sədi Musayevin xatirə lövhəsinin və parkın açılışı olub.