Çətənə əkən kişi tutuldu: Görmürsünüz, gülləri sulayıram?! - FOTO

17:00 15-05-2019 14

Gülləri çətənə ilə “səhv salan” kişi Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Hüquq-mühafizə orqanlarından HerGun.Az-a verilən məlumata görə, 13-cü mikrorayon sakini 38 yaşlı Cəfərov Zaur Rəhim oğlu “Sumqayıtçay” adlanan yerdə ona məxsus ərazidə çətənə kolunu suluyarkən tutulub. 

Əməliyyatçılar Z.Cəfərovun ərazisində səkkiz çətənə kolu aşkar ediblər. Polislərin “Siz burada nə işlə məşğulsunuz?” sualına kişi belə cavab verib:

“Görmürsünüz, gülləri sulayıram?!”

Qeyd edək ki, bir çətənə kolundan dörd-beş kiloqram marixuana əldə etmək olar. Bir qutu marixuna beş qrama yaxın olur və “qara bazar”da qiyməti 80 manatdır.

Ramella İbrahimxəlilova