Xakerlər “Avroviziya”nın translyasiyasına müdaxilə ediblər

04:45 16-05-2019 7

“Avroviziya-2019”  beynəlxalq mahnı müsabiqəsini translyasiya edən İsrail saytı naməlum şəxslərin hücumuna məruz qalıb.  

Saytın direktorunun sözlərinə görə, xakerlər translyasiyanı əllərinə keçirmək istəyiblər, lakin bunun qarşısını almaq mümkün olub.

Buna baxmayaraq, bir neçə saniyə ərzində tamaşaçılar xaker hücumunun şahidi ola biliblər: Tel-Avivdə partlayışları nümayiş etdirən kadrlar efirə gedib.