Bakıda evdən 6 800 manatlıq telefon oğurlayan şəxs ələ keçdi

13:40 29-09-2021 512

Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan N.Süleymanovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Biləcəri qəsəbəsi ərazisində yerləşən telekommunikasiya qovşağına məxsus 110 metr naqili, qapı-pəncərə sexlərinin birindən və bir evdən 6 800 manat dəyərində mobil telefon, təmir-tikinti alətləri və inşaat materialları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.