Azərbaycanla Gürcüstan arasında əməkdaşlığa dair hökumətlərarası saziş imzalandı - YENİLƏNİB + FOTO

18:00 29-09-2021 518

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığa dair memorandumlar imzalanıb. 

HerGun.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş, həmçinin AZPROMO (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO) və KOBİA (KOB Azərbaycan) ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalandı. Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq”, - deyə nazir bildirib.

17:36

“Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır”.

HerGun.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, bu ilin səkkiz ayında ölkələrimiz arasında ticarət dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz artıb:

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, yeni layihələr, Gürcüstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri müzakirə edildi. İnanırıq ki, səmərəli dialoq qonşu və dost ölkə ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.