Esyen də Bakıda səhər yeməyində azarkeşlərə səsləndi - VİDEO

14:45 16-05-2019 8

“Çelsi”nin sabiq futbolçusu Maykl Esyen “Instagram” hesabı vasitəsilə azarkeşlərə ikinci dəfə müraciət edib.

HerGun.Az xəbər verir ki, hazırda “Səbail” klubunun formasını geyinən qanalı futbolçu bu dəfə Bakıda səhər yeməyi yeyərkən görüntüsünü paylaşıb:

“Salam, sabahınız xeyir. Bu, Maykl Esyendir. Son üç aydır ki, Bakıda yaşayıram. Burada səhər yeməyi əladır. Bakıya gəlin və səhər yeməyi yeyin. Axşam isə Avropa Liqasının finalına baxın. Görüşərik”.

Qeyd edək ki, daha əvvəl “Arsenal”ın sabiq fransalı futbolçusu Rober Pires öz “Instagram” hesabında “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Kloppun “Bilmirəm, Bakıya Avropa Liqasının finalının salınması qərarını qəbul edənlər səhər yeməyinə nə yeyirlər?!” fikrinə cavab verib.

Səbuhi MUSAYEV