“Formula-1” Qətərlə 10 illik müqavilə bağladı - FOTO

19:00 30-09-2021 464

“Formula-1” üzrə dünya çempionatının təqviminə yeni Qran Pri əlavə olunub.

HerGun.Az xəbər verir ki, bu il 19-21 noyabrda ilk dəfə Qətərdə yarış təşkil olunacaq.

Bundan əlavə, “Formula-1” şirkəti, Beynəlxalq Avtomobil Federasiyası və Qətər Motor və Motosikl Federasiyası ilə 2023-cü ildən qüvvəyə minəcək 10 illik müqavilə imzalayıb.

Bu, Qətərin 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatından sonra təşkil edəcəyi ikinci böyük turnir olacaq.