Tacikistan Əfqanıstanla sərhəddə hərbi parad keçirdi

22:20 30-09-2021 362

Tacikistan Əfqanıstanla sərhəddə yerləşən Xoroq şəhərində hərbi parad keçirib.

Ölkə Prezidenti Emoməli Rəhmon paradda çıxış edib.

Rəhmon hərbçiləri respublikanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib və bu illər ərzində silahlı qüvvələrin “etibarlı, güclü və mütəşəkkil bir quruluş” halına gəldiyini söyləyib. O əlavə edib ki, Tacikistan sərhədində ekstremist və terror hərəkatları güclənir və belə şəraitdə ordunun rolu artır.

Paradda 100 mindən çox hərbçi və səfərbərlik ehtiyatının 130 mindən çox zabit və əsgəri iştirak edib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Tacikistan və Əfqanıstan silahlı qüvvələrinin ortaq sərhədə çəkilməsi ilə bağlı xəbərləri qeydə alıb. Moskva tərəfləri vəziyyəti sülh yolu ilə həll etməyə çağırdı.

Mənbə: Lenta.ru