Naviqasiya tətbiqdən səhv istifadə avtomobilin aşması ilə nəticələndi - VİDEO

22:40 30-09-2021 429

İstanbul şəhərinin Ümraniye rayonunda sürücünün naviqasiya tətbiqdən səhv istifadə etməsi avtomobilin aşması ilə nəticələnib.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Videoda aydın görünür ki, hərəkətdə olan nəqliyyat vasitəsi sağa dönür və avtomobil pilləkənlərdən üzü aşağı yuvarlanır.

Hadisə nəticəsində sürücünün ağır xəsarət almadığı bildirilir.

Mənbə: “Anadolu” agentliyi