Ər hamilə arvadını bıçaqlayıb, övladının qatili oldu

01:36 17-05-2019 10

Abşeron rayonunda ər hamilə həyat yoldaşını bıçaqlayıb.

Hadisə Abşeron rayonu, Fatmayi qəsəbəsində baş  verib.

19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Qadın dərhal cərrahi əməliyyat edilib. Bıçaq zərbələri qadının qarın nahiyəsinə dəydiyindən ananın bətnindəki uşaq  tələf olub.

İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Hadisənin təfərrüatı aparılan araşdırmalardan sonra məlum olacaq.

Kamil Əmirli
Elşad Mətləboğlu