Sərnişin həyatını təhlükəyə atıb təyyarənin qanadanın üstünə çıxdı - VİDEO

07:40 01-10-2021 451

ABŞ-ın Mayami şəhərində təyyarədə olan sərnişinlərdən biri həyatını təhlükəyə atıb.

Belə ki, o, hava limanına yenicə eniş etmiş təyyarənin təcili çıxış üçün nəzərdə tutulmuş qapısını açaraq təyyarənin qanadının üstünə çıxıb.

Qeyd olunur ki, hadisə “American Airlines” şirkətinə məxsus təyyarədə baş verib.

Qısa müddət sonra 33 yaşlı sərnişin saxlanılıb.

O, verdiyi ilk açıqlamada bildirib ki, özünü pis hiss etdiyi üçün belə bir təhlükəli hərəkətə yol verib.  

Həkimlər dərhal ona baxış keçirib və sərnişinə yüksək qan təzyiqi diaqnozu qoyulub.  O, dərhal xəstəxanaya yerləşdirilib.

Mənbə: “Mail Online”