Sürücü sükan arxasında yuxuladı, ailəsi ilə qəzaya düşdü - FOTO

16:36 17-05-2019 6

Şamaxı - Həmyə - Qonaqkənd avtomobil yolunda qəza baş verib.

HerGun.Az-ın bölgə müxbirinin xəbərinə görə, Şamaxı rayon Həmyə kənd sakini, 1954-cü il təvəllüdlü Abdullayev Mirbaba Yusif oğlunun idarə etdiyi “Hyundai Tucson“ markalı minik maşını yoldan çıxaraq, yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü və onu ailə üzvləri - həyat yoldaşı, 1963-cü il təvəllüdlü Abdullayeva Şahnaz Mürüdxan qızı, 1955-ci il təvəllüdlü Abdullayeva Şəbnəm Mirbaba qızı yaralanıb.

Hər üç şəxs müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

İlkin məlumatlara görə, sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Aydın