Sürücülərin həmrəyliyi nəticəsində avtomobilin tamamilə alışıb yanmasının qarşısı alındı - VİDEO

02:00 02-10-2021 431

Türkiyədə ölkənin Avropa hissəsindən Mərkəzi Anadolu regionuna hərəkət edən avtomobilin mühərrik hissəsi qəfildən alışaraq yanıb.

Sürücü dərhal avtomobili yolun təhlükəsizlik üçün nəzərdə tutulmuş zolağına çəkərək alovu söndürməyə başlayıb.

Bu işdə ona yolda olan digər sürücülər də kömək ediblər.

Hadisə vaxtı yoldan keçən sərnişinlərdən biri isə baş vermiş insidenti çəkərək sosial şəbəkələrdə paylaşıb.

İnternet istifadəçiləri sürücülərin həmrəylini yüksək qiymətləndiriblər.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)