Moskvada içərisində yaşlı qadının olduğu lift 15-ci mərtəbədən şaxtaya düşdü

03:00 02-10-2021 325

Moskvanın cənub-qərbindəki Kommunarka rayonunda yerləşən yaşayış binasında içində 65 yaşlı qadının olduğu lift 15-ci mərtəbədə qırılaraq şaxtaya düşüb.

Qadın boyun və bel nahiyəsindən zədələr alsa da sağ qalıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Onun Moskva şəhərində yerləşən məktəblərdən birində müəllim işlədiyi məlum olub.

Qadının yaxınları liftin işindən məsul olan idarəni məhkəməyə verəcəklərini bildiriblər.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Mənbə: Lenta.ru