Əfqanıstanda yaşayış binasında güclü yanğın baş verib - VİDEO

04:00 02-10-2021 315

Əfqanıstanın Nəngərhar vilayətində yaşayaş binalarının birində güclü yanğın baş verib.

Yanğının qəsdən yaxud ehtiyyatsızlıq nəticəsindən baş verməsi barədə hələlik məlumat verilmir.

Güclü yanğın nəticəsində ətrafı qalın tüstü bürüyüb.

Ölən və xəsarət alanlar barədə də informasiya yoxdur.

Xatırladaq ki, Əfqanıstanda “Taliban”ın siyasi hakimiyyəti ələ keçirməsindən sonra ölkədə terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilir. 

Mənbə: “Sputnik” Əfqanıstan