Bakıda ana qızı tərəfindən döyülərək, küçəyə atıldı

02:09 18-05-2019 6

Bakının Nərimanov rayonunda 53 yaşlı qadın qızı tərəfindən döyülüb.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Rufulla Axundov küçəsində baş verib. 1966-cı il təvəllüdlü Əkbərova Məhbubə Allahyar qızı öz qızı, Arzu adlı xanım tərəfindən döyülüb. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qızı tərəfindən döyülüb küçəyə atılan ana Nəsimi Rayon Mənzil Kommunal İstehsalat Birliyində süpürgəçi işləyir.

3 gündür küçədə gecələyən Məhbubə Əkbərovanın bildirdiyinə görə, mənzil məsələsinə görə qızı onu döyərək təhqir edib. 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində istintaq işi açılıb, araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu