Göygöldə şəxsi ədavət zəminində yaşlı qadın yandırılıb - FOTO

02:54 18-05-2019 8

Göygöl rayonunun Mollacəlli kəndinin sakini 1960-cı il təvəllüdlü Şamama Abıyevanın üzərinə qonşusu Rasim Quliyev tərəfindən benzin tökülərək yandırılıb. 

Oxu.az-a verilən məlumata əsasən, hadisə şəxsi ədavət zəminində baş verib.

Bildirilir ki, zərərçəkmiş ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ş.Abıyevaya bədəninin 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir. 

Göygöl rayon Polis Şöbəsi tərəfindən Rasim Quliyevin axtarış əməliyyatlarına başlanılıb. Faktla bağlı cinayət işi açılıb.