Bakıda iki yaşlı uşaq beşinci mərtəbədən yıxıldı

15:09 09-09-2019 363

Suraxanı rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.

HerGun.Az-ın məlumatına görə, hadisə sentyabrın 7-də, 19:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1V ünvanında baş verib. 

2016-ci il  təvəllüdlü Hüseynova Ayan Elnur qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. 

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət