Azərbaycanda iki nəfər qarayaraya tutulub

15:27 09-09-2019 360

Azərbaycanda iki nəfərin qarayara yoluxması barədə xəbər yayılıb.

HerGun.Az-ın məlumatına görə, fakt Sabirabadda qeydə alınıb. 

Səhiyyə Nazirliyindən HerGun.Az-a məlumatı təsdiq ediblər.

Bildirilib ki, Sabirabad sakini olan 34 və 26 yaşlarında iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb".

İlhamə Əbülfət